Sahibkarlığa Kömək Milli Fondu cümə axşamı Aran iqtisadi zonasında sahibkarlara 4,3 mln. manat məbləğində güzəştli kreditlər ayırıb. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“Verilən kreditlər heyvandarlıq, bağçılıq sahələrinin inkişafı, aqroparkların yaradılması, tikinti materiallarının istehsalına yönəldiləcək. Bu, 400-dən artıq iş yerinin açılmasına imkan yaradacaq”, - məlumatda deyilir.
İndiyədək SMKF Aran iqtisadi zonasında fəaliyyət göstərən sahibkarlara 545 mln. manat ümumi məbləğdə kteditlər ayırıb. Bu vəsait 13,5 min layihənin reallaşdırılmasına yönəldilib. **
B.Rüstəmbəyov