Qazaxıstan neft maşınqayırması sahəsində Azərbaycana birgə fəaliyyət göstərməyi təklif edir. Bunu Qazaxıstanın energetika naziri Kanat Bozumbayev cümə axşamı Bakıda jurnalistlərə deyib.
“Dünyanın müxtəlif ölkələrindən bir çox neft-servis şirkətləri Qazaxıstana gələrək birgə müəssisələr yaradırlar. Bu gün biz Azərbaycanın neft-servis şirkətləri və zavodlarını da Qazaxıstanda tenderlərin qalibi olmaqğı və biznesi inkişaf etdirmək üçün dəvət etdik. Bu həm Azərbycan, həm də Qazaxıstan ərazisində sərmayə qoyuluşları üçün daha bir imkana çevriləcək və qarşılıqlı ticarət dövriyyəsini artıracaq”, - nazir qeyd edib.
Onun sözlərinə görə, bu planların həyata keçirilməsi yaxın 3 il ərzində mümkün olacaq.
K.Bozumbayev vurğulayıb ki, iki ölkə arasında ticarət dövriyyəsinin həcmi mövcud potensiala cavab vermir. 2016-cı ilin yekunları üzrə bu göstərici $120 mln.u ötməyib, lakin hər iki dövlətin rəhbərləri tərəfindən bu rəqəmin ən azı 2 dəfə artırılması tapşırığı göyulub.
O məlumat verib ki, bu məqsədlər 2018-2020-ci illər üçün Azərbaycan və Qazaxıstan əlaqələrin intensivləşdirilməsi üzrə “Yol xəritəsi”ndə öz əksini tapıb. Bu sənəd cümə axşamı Bakıda keçirilən Azərbaycan-Qazaxıstan ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası çərçivəsində təsdiq olunub. **
N.Abbasova