Böyük Britaniyanın ticarət və ixrac üzrə dövlət naziri baronessa Rona Feyrhed 14-15 dekabr tarixlərində Azərbaycanda səfərdə olacaq.
“Səfər zamanı baronessa R.Feyrhed Böyük Britaniya-Azərbaycan birgə hökumətlərarası komissiyanın ikinci iclasında iştirak edəcək”, - deyə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən “İnterfaks-Azərbaycan” agentliyinə məlumat verilib.
Komissiyanın birinci iclası 2016-cı ilin fevralında Londonda keçirilib.
Azərbaycan tərəfdən komissiyanın həmsədri iqtisadiyyat naziri Şahin Mustafayevdir.*
F.İsazadə