Azərbaycan hökuməti 2019-cu ilin sonuna qədər Azərbaycanda “ASAN xidmət” Mərkəzlərinin sayını 20-ə çatdırmağı planlaşdırır. Bunu prezidenti İlham Əliyevdeyib.
“Gələn il üç “ASAN xidmət” Mərkəzinin açılışı nəzərdə tutulur – Mingəçevir, Şəki və İmişli şəhərlərində. Eyni zamanda, gələn il 5 mərkəzin tikintisinə start veriləcəkdir və 2019-cu ildə onların açılışı nəzərdə tutulur”, - İ.Əliyev
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Quba “ASAN həyat” Kompleksinin açılışında deyib.
Beləliklə, prezidentin sözlərinə görə, 2019-cu ilin sonuna qədər ölkədə 20 “ASAN xidmət” Mərkəzi fəaliyyət göstərəcək. **
F.İsazadə