Azərbaycan gömrükçüləri İrana piyada yolla getmək istəyən respublika vətəndaşının üzərindən bəyan edilməyən $14,8 min aşkar ediblər. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Yoxlama zamanı, vətəndaşın üzərində əvvəlcədən gömrük nəzarətinə yazılı, şifahi və ya elektron formada bəyan edilməyən $14,8 min aşkar olunub”, - məlumatda qeyd edilir.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə