2034-cü ildə Bakı-Tbilisi-Qars dəmir yolunun ötürmə qabiliyyəti 3 mln. sərnişin və 17 mln. ton yük təşkil edəcək. Bunu Türkiyəninnəqliyyat, gəmiçilik və kommunikasiyanaziri Ahmet Arslan deyib.
“2034-cü ilin sonunda BTQ dəmir yolunun ötürmə qabiliyyəti illik 3 mln. sərnişin və 17 mln. ton yük təşkil edəcək. Üzunmüddətli perspektivdə isə bu göstəricinin illik 50 mln. ton yükə çatdırmağı planlaşdırırıq”, - A.Arslan Azərbaycanın “Caspian Energy” jurnalına müsahibəsində bildirib.
O xatırladıb ki, ilkin mərhələdə BTQ ilə illik 1 mln. sərnişin və 6,5 mln. ton yükün daşınması gözlənilir.
“Bu istiqamətdə Azərbaycanın neft-kimya məhsullarının bütün dünyaya tədarükü planlaşdırılır. O cümlədən, hesab edirik ki, Türkiyənin MDB ölkələri (Türkmənistan, Özbəkistan və Qazaxıstan) ilə hazırki ticarətinin mühüm hissəsi bu xəttə köçürüləcək”, - nazir vurğulayıb. **
N.Abbasova