2017-ci ilin yanvar-oktyabr aylarında Azərbaycan banklarının ümumi xalis mənfəəti 549,6 mln. manat təşkil edib. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Yanvar-oktyabr aylarında bankların faiz gəlirləri 1 mlrd. 582,3 mln. manat, o cümlədən verilən kreditlər üzrə 1 mlrd. 168,5 mln. manat təşkil edib.
Hesabat dövründə bankların faizsiz gəlirləri 828,9 mln. manata bərabər olub.
10 ay ərzində bankların faiz xərcləri 740,8 mln. manat, o cümlədən depozitlər üzrə 316,9 mln. manat, qeyri-faiz xərcləri 789,5 mln. manat təşkil edib.
Yanvar-oktyabr aylarında bankların məcmu xalis əməliyyat mənfəəti 880,9 mln. manat təşkil edib. Bununla belə, bu dövrdə banklar aktivlər üzrə mümkün itkilərin yerinin doldurulması məqsədilə ehtiyatların yaradılmasına 309,6 mln. manat yönəldiblər.
Bankların vergi ödənilənədək mənfəəti 574,7 mln. manat, mənfəət vergisi üzrə ödənişlər 25,1 mln. manat təşkil edib.*
A.Əzizov