31 oktyabr 2017-ci il tarixinə Azərbaycanın bank sisteminin ümumi aktivləri 26 mlrd. 311,6 mln. manat təşkil edir. Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) məlumat verilib.
Xəbər verildiyi kimi, 1 yanvar 2017-ci il tarixinə bankların aktivləri 31 mlrd. 439,5 mln. manat məbləğində olub. Beləliklə, 2017-ci ilin yanvar-oktyabr ayları ərzində bankların aktivləri 16,3% azalıb.
31 oktyabr 2017-ci il tarixinə bankların kredit portfeli 11 mlrd. 707,5 mln. manat (azalma 26,6% - İF-Az) təşkil edir.
Qeyd olunan tarixə Azərbaycanda bankların ümumi kapitallaşması 3 mlrd. 95 mln. manat (artım 62,1% - İF) təşkil edir.
2017-ci il noyabrın əvvəlinə bankların öhdəlikləri 23 mlrd. 216,6 mln. manata (azalma 21,4%), Mərkəzi Bank qarşısında öhdəlikləri 566,6 mln. manata (azalma 3 dəfə) bərabərdir.
31 oktyabr 2017-ci il tarixinə Azərbaycanda 31 bank fəaliyyət üçün lisenziyaya malikdir. Hazırda ölkədə xarici kapitala malik 16 bank fəaliyyət göstərir.
Sentyabrın sonuna bankların 556 filialı və 142 şöbəsi var.
Azərbaycanın bank sektorunda 16,47 min nəfər (azalma 2,8%) çalışır. **
A.Əzizov