Azərbaycanda Kənd təsərrüfatı məhsullarının istehsalı və emalına dair Strateji Yol Xəritəsinin həyata keçirilməsi məqsədilə süd emalı və ət istehsalı üzrə müəssisələrin yaradılmasının daha məqsədəuyğun olduğu rayonlar müəyyənləşdirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) məlumat verilib.
Xüsusilə Xaçmaz, Quba, Şabran, Şəmkr, Goranboy, Qazax, Samux, Şəki, Oğuz, Cəlilabad, Astara, Yardımlı, Şamaxı, Ağsu, Qobustan, İsmayıllı, Ağdam və Füzuli rayonları süd emalı müəssisələrinin yaradılması üçün məqsədəuyğun hesab olunur.
Süd emalı və ət istehsalı üzrə müəssisələrin yaradılmasının məqsədəuyğun olduğu rayonlar isə Sabirabad, Saatlı, İmişli, Ağdaş, Bərdə, Neftçala və Ucardır.*
B.Rüstəmbəyov