2017-ci noyabrın 1-nə Azərbaycanda banklar tərəfindən 2,491 min ədəd bankomat quraşdırılıb ki, bu da ilin əvvəlinə olan göstəricidən 1,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Oktyabrın 31-nə Bakıda 1,356 min ədəd (artım 2,6%), regionlarda 1,135 min ədəd bankomat (artım 0,2%) quraşdırılıb.
AMB-nin məlumatına görə, yanvar-oktyabr aylarında respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayında azalma müşahidə olunub.
Xüsusilə noyabr ayının əvvəlinə onların sayı 66,336 min ədəd (azalma 7,6%) təşkil edib.
Bununla yanaşı, Bakıda 38,025 min ədəd (azalma 6,2%), regionlarda 28,311 min ədəd (azalma 9,5%) pos-terminal mövcuddur.
Pərakəndə ticarət obyektlərində 65,137 min ədəd pos-terminal və ya bütün pos-terminalların 98,2%-i quraşdırılıb.**
A.Əzizov