Azərbaycanda akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri bazar ertəsi sərhədyanı Tərtər rayonunda məcburi köçkünlər üçün yeni yaşayış kompleksi ilə tanış olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Baş nazirin müavini,Qaçqınlarınvə Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədriƏli Həsənov kompleksdə yaradılan şərait barədə diplomatlar və xarici KİV nümayəndələrinə məlumat veriblər.
Onun sözlərinə görə, kompleksdə 1,17 min qaçqın və məcburi köçkün ailəsi yaşayacaq.
“O cümlədən, kompleksdə onların normal yaşayışı üçün hər cür zəruri infrastruktur yaradılıb - məktəb, uşaq bağçası, musiqi məktəbi, tibb məntəqəsi və s.”, - Ə.Həsənov vurğulayıb. **
F.İsazadə