Azərbaycan prezidenti İlham Əliyev Rusiya ilə ikitərəfli əməkdaşlığın parlamentlər səviyyəsində vacibliyini qeyd edir.
“İ.Əliyev bazar ertəsi Rusiya Federasiyası Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin sədri Leonid Kalaşnikovla görüşdə parlamentlər səviyyəsində əməkdaşlığın daha da genişləndirilməsinin vacibliyini bildirdi”, - dövlət başçısının saytında məlumat verilir.
Prezident Azərbaycan Milli Məclisinin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə iş üzrə komitəsinin birgə komissiyasının Bakıda keçirilən iclasının bu əməkdaşlığa verdiyi töhfəni vurğuladı.
Görüşdə iki ölkə arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi bildirildi. **
R.Babayev