Azərbaycanda akkreditə olunan xarici diplomatik korpusun nümayəndələri bazar ertəsi Tərtər rayonunda ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə “Marağa-150” abidəsi ilə tanış olublar. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin müxbiri məlumat verir.
Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovdiplomatlara abidənin tarixi barədə məlumat verdi.
“Bu abidə ermənilərin Dağlıq Qarabağa köçürülməsinin 150 illiyi münasibətilə 1978-ci ildə inşa edilib. Dağlıq Qarabağın erməni əhalisi İranın Marağa kəndindən Qarabağ ərazisinə köçürülməsi faktlarının gizlədilməsi məqsədilə həmin abidəni dağıdıb”, - Ə.Həsənov diplomatlara bildirib.
Onun sözlərinə görə, Azərbaycan prezidentinin fərmanına əsasən, dağıdılmış abidənin ətrafında abadlıq işləri həyata keçirilir.
“Abidəyə toxunmadıq. Gördüyünüz kimi, abidəni dağıdılmış şəkildə saxlamışıq. Yalnız abidənin ətrafında işlər aparılıb”, - Ə.Həsənov qeyd edib.
Abidənin ətrafındakı ərazidə üç - Azərbaycan, rus və ingilis dillərində stendlər quraşdırılıb. Həmin stendlərdə abidə və ermənilərin Cənubi Qafqaza köçürülməsinə dair zəruri məlumat verilir.
“Türkmənçay müaviləsinin surətini fars dilindən üç dilə tərcümə etmişik. Bundan əlavə, Sankt-Peterburq arxivindən sənədlərin, o cümlədən ÇarRusiyasınınİrandakı səfiriAleksandr Qriboyedovun ermənilərin bu əraziyə köçürürlıməsinə dair məktublar surətləri çıxarlıb”, - baş nazirin müavini vurğulayıb. **
F.İsazadə