Bakı Nəqliyyat Agentliyi nəqliyyatın planlaşdırılması və hərəkətin təhlili üçün trafikin simulyasiyası üzrə proqram təminatının alışına 387 min 209,85 manat yönəldəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
“BNA nəqliyyatın planlaşdırılması və hərəkətin təhlili üçün trafikin simulyasiyası üzrə proqram təminatının TƏDARÜKÇÜSÜ QİSMİNDƏ Sinam MMC-ni seçib. 9 dekabr 2017-ci il tarixində nu şirkətlə müqavilə imzalanıb”, - nazirlikdən qeyd ediblər.
Müqavilənin dəyəri 387 min 209,85 manat təşkil edir. **
N.Abbasova