Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları dekabrın 12-də gecə yanğın baş verdiyi Mingəçevir şəhərindəçoxmənzilli yaşayış binasından 37 sakini təxliyə ediblər. Bu barədə nazirlikdən məlumat verilib.
“Yanğın nəticəsində şaxtadan keçən elektrik naqilləri 30 p.m yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 5 nəfər tüstüdən zəhərlənmiş vəziyyətdə xilas edilib və 37 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub”, - məlumatda deyilir.
Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. **
A.Əzizov