2016-cı ilin yekunları üzrə “Aztelekom” MMC-nin xalis mənfəəti 2015-ci il ərzində 20 mln. 62 min manat məbləğind zərər qarşı 10 mln. 259 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Maliyyə hesabatına əsasən, 2016-cı ildə MMC-nin gəlirləri 90 mln. 882 min manat (artım 5,1%), xidmətlərin maya dəyəri 58 mln. 674 min manat (artım 3,6%) təşkil edib.
Ötən il ərzində müəssisənin vergiöncəsi mənfəəti 11 mln. 223 min manat, gəlirə vergi üzrə ödənişləri 964 min manat təşkil edib.
2016-cl ildə “Aztelekom”un aktivləri 5,9% - 223 mln. 432 min manatadək azalıb. Bununla belə, ötən il uzunmüddətli aktivləri 6% - 206 mln. 201 min manatadək, qısamüddətli aktivləri 4,2% - 17 mln. 231 min manatadək azalıb.
1 yanvar 2017-ci il tarixinə cəmiyyətin öhdəlikləri 47 mln. 901 min manat (azalma 33,6%), həmçinin qısamüddətli öhdəlikləri 46 mln. 506 min manat, uzunmüddətli öhdəlikləri 1 mln. 395 min manat təşkil edib.
Cəmiyyətin kapitalı 175 mln. 531 min manata (artım 6,2%), həmçinin nizamnamə kapitalı 22 mln. 244 min manata (dəyişməyib) bərabərdir. 1 yanvar 2017-ci il tarixinə ümumi bölüşdürülməmiş gəlir 48 mln. 834 min mahat həcmində qiymətləndirilir. **
A.Əzizov