2017-ci ilin noyabr ayında Azərbaycanda inflyasiya oktyabr ayına olan 1,1%-ə qarşı 0,2% təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
"2017-ci ilin noyabr ayında Azərbaycanda inflyasiya 0,2% təşkil edib. Ərzaq mallarının qiymətləri 0,3%, qeyri-ərzaq mallarının qiymətləri 0,3% bahalaşıb, əhaliyə göstərilən xidmətlərin qiymətləri dəyişməyib", - məlumatda bildirilir.
Noyabr ayının yekunları üzrə qiymətlərin orta illik artımı 13,4% təşkil edib (oktyabr ayının yekunları üzrə qiymətlərdə orta illik artım 13,7% səviyyəsində olub – İF). İl ərzində ərzaq malları 17,1%, qeyri-ərzaq malları 12,1%, xidmətlər 9,6% bahalaşıb.
Azərbaycan hökuməti 2017-ci ildə orta illik inflyasiyanı 13,2% səviyyəsində proqnozlaşdırır.
2016-cı ilin yekunları üzrə Azərbaycanda orta illik inflyasiya 12,4% təşkil edib.**
A.Əzizov