2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda daşınmaz əmlakın qiyməti ötən ilin analoji dövrü ilə müqayisədə 1,4% artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
İlkin mənzil bazarımda qiymətlər 1,1%, təkrar mənzil bazarmda 1,4% bahalaşıb.
Qeyri-hökumət təşkilatlarının məlumatına əsasən, yanvar-sentyabr aylarında mənzil bazarında həm əmlak alqı-satqısının həcmində, həm də qiymətlərdə manatla ifadədə artım müşahidə olunur. Baş verən artım müəyyən bankların fəaliyyətinin stabilləşməsi, “Azərbaycan İpoteka Fondu” ASC tərəfindən ipoteka kreditlərinin ayrılma prosesinin təkmilləşdirilməsi ilə bağlıdır.
Bakıda ən bahalı mənzil Səbail rayonunda təklif olunur (1 kv. metr - $1,442 min). Lakin bu rayonda bazar təklifləri portfelin cəmi 5%-ni təşkil edir.
Yüksək qiymətlərin müşahidə olunduğu paytaxtın beş rayonu sırasına həmçinin Nəsimi (1 kv. metr - $1,118 min), Nərimanov ($1,048 min), Yasamal ($1,04 min) və Xətai rayonları ($912) daxildir. Bazarda təkliflərin ümumi portfelin 62,7%-i bu dörd rayonun payına düşür.
Ən ucuz mənzil Bakının Pirallahı qəsəbəsində təklif olunur (1 kv. metr - $479). **
B.Rüstəmbəyov