Azərbaycan 2018-ci ilin sonuna kimi Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair yeni saziş üzrə danışıqları başa çatdırmağı ümid edir. Bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.
“Danışıqlarda tərəqqi var. Düşünürəm ki, danışıqlar gələn ilin sonuna kimi başa çatacaq”, - M.Məmmədquliyev çərşənbə axşamı jurnalistlərə bildirib.
Onun sözlərinə görə, dekabrın 15-də Bakı ilə Brüssel arasında saziş üzrə danışıqların növbəti mərhələsi keçiriləcək. Danışıqlar videokonfrans vasitəsilə aparılacaq. **
A.Əzizov