Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın yaxın bir neçə il ərzində Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olacağını mümkün hesab etmir.
“Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına daxil olması məsələsi aktualdır. Amma inanmıram ki, bu, bir-iki il ərzində mümkün olsun”, - deyə o, bu gün jurnalistlərə bildirib.
Azərbaycan 1997-ci ildə ÜTT-yə üzv olmaq üçün ərizə verib.*
F.İsazadə