2017-ci ilin yanvar-sentyabr aylarında Bakıda kirayə mənzillərin qiyməti 3,1% bahalaşıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Qeyd olunan dövrdə bu seqmentdə uzun illərdən bəri ilk dəfə qiymətlərin bahalaşması müşahidə edilir.
"Hazırda təkrar mənzil bazarında kirayə ikiotaqlı mənzillərin qiyməti 300-400 manat məbləğində qiymətləndirilir. İlkin bazarda isə qiymətlər 500-600 manat təşkil edir”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov