METAK MMC 2 mln. manat məbləğində istiqraz buraxmağı planlaşdırır. Bu barədə Bakı Fond Birjasının (BFB) məlumatında deyilir.
Emissiya hər birinin nominal dəyəri 1 min manat olan 2 min ədəd istiqraza bölünüb.
İstiqrazlar üzrə gəlirlilik illik 14% təşkil edir.
BFB şirkətin istiqrazlarını qeydiyyata alıb. İstiqrazların fondda listinqi nəzərdə tutulur.
МЕТАК MMC 1997-ci ildə yaradılıb. 2016-cı ildə şirkət Balaxanı Sənaye Parkının və Neftçala Sənaye Zonasının rezidenti olub.
A.Əzizov