Azərbaycan prezidenti İlham Əliyev dekabrın 12-də İstanbula gəlib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
“İ.Əliyev İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısında iştirak edəcək”, - məlumatda deyilir.
Xəbər verildiyi kimi, ötən şənbə günü Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İ.Əliyevi Zirvə toplantısında iştirak etməyə dəvət edib. **
A.Əzizov