Çərşənbə axşamı Bakıda Azərbaycan və Rusiya Federasiyası arasında Hərbi-Texniki Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 11-ci iclası öz işinə başlayıb.
“İki gün davam edəcək iclasda tərəflər hərbi-texniki əməkdaşlığın cari vəziyyətini nəzərdən keçirəcək və 2018-ci il üçün əsas fəaliyyət istiqamətlərini müzakirə edəcəklər”, - Müdafiə Nazirliyindən məlumat verilib..
Qeyd olunur ki, tədbirin sonunda iclasın yekunlarına dair protokol imzalanacaq. **
A.Əzizov