Azərbaycan hökuməti 2016-cı il ərzində mədənçıxarma sahəsində gəlirlər üzrə hesabatı dərc edib.
Hesabat 2016-cı il yanvarın 1-dən dekabrın 31-nə qədər olan dövrü əhatə edir.
Hesabata əsasən, Azərbaycan hökuməti 2016-cı ildə mədən sənayesi sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlərdən vergi və digər daxilolmalar qismində $102,303 mln. və 880,827 mln. manat (2015-ci ildə $368,783 mln. və 1 mlrd. 315,602 mln. manat – İF-Az) vəsait əldə edib.
Azərbaycanda mədənçıxarma sahəsində fəaliyyət göstərən yerli və xarici şirkətlər 2015-ci ildə dövlətə 127,375 mln. barel neft, 2 mlrd. 879 mln. 319,316 min kubmetr qaz, 7,777 min unsiya qızıl, 1,3839 min unsiya gümüş, 0,198 min ton rəngli metal, 0,439 min unsiya mis konsentratında qızıl və 16,321 min unsiya mis konsentratında gümüş təhvil veriblər.
Hökumətin gəlirlərinin strukturunda $24,46 mln. Azərbaycanın mənfəət neftinin, $64,416 mln. mənfəət qazının, $0,051 mln. abunə və digər bonuslar üzrə ayırmaların, $2,118 dövlət torpaqlarının istifadəsinə görə akrhesabı ödənişlərin, $11,258 mln. tranzit ödənişlərin payına düşüb.
Bununla yanaşı, şirkətlər dövlətə 880,827 mln. manat vergi ödəyiblər. Bunun 418,752 mln. manatını mənfəət vergisi, 108,693 mln. manatını mədən vergisi, 68,37 mln. manatını ƏDV, 31,116 mln. manatını torpaq vergisi, 73,847 mln. manatını əmlak vergisi, 75,14 mln. manatını digər vergilər təşkil edib.
Еще 104,909 млн манатов составили поступления от ценовой разницы (на нефть между мировой и заложенной в госбюджете Азербайджана – ИФ-Аз).
Это первый отчет правительства Азербайджана по доходам от добывающей промышленности после выхода из Инициативы прозрачности в добывающей сфере (EITI).
А.Азизов