2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft hasilatının həcmi ötən ilin müvafiq dövrünün göstəricisindən 6,2% azalıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Yanvar-noyabr aylarında əmtəə qazının hasilat həcmi ötən ilin analoji dövrünün göstəricisi ilə müqayisədə 2,2% azalıb.
Bununla belə, DSK cari ilin 11 ayı ərzində neft və qaz hasilatının say göstəricilərini qeyd etmir.
2016-cı ildə Azərbaycanda 41 mln. 29,5 min ton neft (qaz kondensatı da daxil olmaqla), 29 mlrd. 331,3 mln. kubmetr qaz hasil olunub.
Xəbər verildiyi kimi, Azərbaycan hökuməti 2017-ci ildə respublikada neft hasilatını təxminən 38 mln. 372,7 min ton, qaz hasilatını 29 mlrd. 60 mln. kubmetr həcmində proqnozlaşdırır.**
A.Əzizov