2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycana 9,828 min ədəd avtomobil nəqliyyatı vasitəsi idxal edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 2 dəfə çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə respublikaya gətirilən avtomobillərin böyük hissəsi – 8,577 min ədəd avtomobil (artım 2 dəfə) sərnişin daşımaları üçün minik avtomobillərinin və digər motorlu nəqliyyat vasitələrinin payına düşüb.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycana yük daşımaları üçün nəzərdə tutulmuş 1,074 ədəd motorlu nəqliyyat vasitəsi (artım 2,3 dəfə) və 68 ədəd xüsusi təyinatlı motorlu nəqliyyat vasitəsi (azalma 1,2 dəfə) idxal edilib.
Bundan başqa, qeyd olunan dövrdə respublikaya 10 və daha artıq şəxsin daşınması üçün 169 ədəd (artım 1,9 dəfə) motorlu nəqliyyat vasitəsi gətirilib.*
B.Rüstəmbəyov