Goranboy rayonunda baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər ölüb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatında deyilir.
Rayonun Səfikürd kəndində ağır tonnajlı yük avtomobili “VAZ-2106” markalı minik avtomobili ilə toqquşub. Nəticədə minik avtomobilinin sürücüsü və 2 sərnişin ölüb.
"Əraziyə FHN-nin xilasediciləri cəlb olunub və meyitlər avtomobildən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib”, - deyə məlumatda bildirilir.*
B.Rüstəmbəyov