Azərbaycan Banklar Assosiasiyasının (ABA) rəhbərliyi Dünya Bankının (DB) ekspertləri ilə bankların qiymətli kağızlar bazarındakı iştirakı məsələsi ilə bağlı məsləhətləşmələr aparıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə ABA-dan məlumat verilib.
“Dekabrın 12-də ABA-nın prezidenti Zakir Nuriyev Dünya Bankının nümayəndələri ilə görüşüb.
Görüş zamanı qiymətli kağızlar bazarındakı vəziyyət, bankların qiymətli kağızlar bazarındakı iştirakı və gələcək perspektivlər müzakirə olunub”, - deyə məlumatda bildirilir.
Həmçinin dövlət qiymətli kağızlar bazarının inkişafı ilə bağlı məsələlərə toxunulub, banklararası pul bazarının yaradılması və fəaliyyət mexanizmləri haqqında fikir mübadiləsi aparılıb.*
A.Əzizov