Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov əmindir ki, texnoloji inkişaf müəllif hüquqlarının müdafiəsi sahəsində müəyyən problemlər yaradır.
“Texnoloji inkişaf rəqəmsal sahədə müəllif hüquqlarının müdafiəsində yeni üsullar və alqoritmlər tələb edir. Bu gün baş verən texnoloji dəyişikliklər müəyyən mənada müəllif hüquqları sahəsində problemlər yaradır”, - K.İmanov çərşənbə günü jurnalistlərə bildirib.
Onun sözlərinə görə, bu, ənənəvi üsullar və alqoritmlərin rəqəmsal sahədə tez uyğunlaşa bilməməsi ilə əlaqədardır.
Bundan əlavə, K.İmanovun fikrincə, bu günə rəqəmsal sahədə informasiya axını iki kvintilyon baytla hesablanır. “Bu, yalnız son 2-3 il ərzində ümümi dünya informasiyasının 90%-nin generasiya olmasından xəbər verir. Bu səbəbdən biz rəqəmsal sahədə müəllif hüquqlarının müdafiəsində yeni üsullar və alqoritmlər axtarmalıyıq”, - o vurğulayıb.
K.İmanovun sözlərinə görə, ənənəvi üsullarla müdafiə olunan müəllif hüququ obyekti rəqəmsal analoqdan fərqlənir. “Həmin fərqlər mövcud müəllif hüquqları müdafiə formalarının qüvvədən düşməsinə gətirir. Bundan əlavə, bu yeni hüquqi yanaşmalar tələb edir”, - o əlavə edib. **
F.İsazadə