Prezident İlham Əliyev bu gün İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qüds məsələsinə dair fövqəladə Zirvə toplantısında iştirak edir. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Zirvə toplantısı İstanbulda keçirilir.
Qeyd edək ki, Türkiyə Respublikasının prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 9-da İ.Əliyevi Zirvə toplantısında iştirak etməyə dəvət edib.*
A.Əzizov