2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın qeyri-neft ixracının həcmi $1 mlrd. 218,7 mln. təşkil edib , bu da ötən ilin analoji dövrünün göstəricisindən 22,8% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2017-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan malların ixracı $12 mlrd. 500,6 mln. təşkil edib və ötən ilin analoji dövrü ilə müqayisədə real ifadədə 12% azalıb, faktiki qiymətdə 9,4% artıb”, - Komitədən qeyd ediblər.
Ümumilikdə, hesabat dövründə qeyri-neft ixracının xüsusi çəkisi 9,8% təşkil edib.
Bu dövrdə meyvə ixracı 26,4%, tərəvəz - 87,1%, kartof - 50,7%, tütün - 2,1 dəfə, meyvə şirələri - 53,5%, çay - 58%, şərab məhsulları - 76,7% artıb.
Eyni zamanda, yanvar-oktyabr aylarında qənd ixracı 41%, qara metallardan yarımfabrikatlar - 37,3%, pambıq iplik - 29,1% azalıb.
2016-cı ildə Azərbaycanda qeyri-neft ixracının həcmi 16,4% - $1 mlrd. 237,1 mln.-a qədər azalıb. **
B.Rüstəmbəyov