“İnterfaks-Azərbaycan” agentliyi xarici KİV-lər tərəfindən istinad olunma səviyyəsinə görə informasiya agentlikləri sırasında lider olaraq qalır. Bunu “İnterfaks” Beynəlxalq İnformasiya Qrupu qeyd edir.
2016-cı ilin yanvar ayından etibarən 2017-ci ilin dekabr ayına qədər olan dövrü əhatə edən Qrupun monitorinqinə əsasən, qərb KİV-də “İnterfaks-Azərbaycan” agentliyinin dərc etdiyi məlumatlara istinad olunmanın sayı 1,5 mini ötüb.
Agentliyin xəbərlərinə ən çox Reuters, Bloomberg, Al Jazeera, Xinhua, Esmerk Eastern European News, Radio Free Europe, BBC, Dow Jones, Newswires Business World Magazine istinad edib.
Bundan əlavə, 2016-2017-ci illərdə Rusiyanın aparıcı KİV-də - РБК, "Независимая газета", "Эхо Москвы", "Коммерсант", "Известия", "Lenta.Ru", "Газета.Ru" və digər nəşrlərdə “İnterfaks-Azərbaycan” agentliyinin xəbərlərinə 1,6 mindən artıq istinad dərc olunub.
Həmçinin Azərbaycan mətbuatında agentliyin məlumatlarına fəal şəkildə istinad edilir.
“Xarici və Rusiya KİV-ləri ən çox maraqlandıran əsas mövzular - Qarabağ münaqişəsinin nizamlanması, Azərbaycanın neft-qaz sahəsinin inkişafı, Rusiya, Türkiyə ilə münasibətlər, Azərbaycanın xarici siyasəti, Azərbaycanın təşəbbüskarı olduğu iri nəqliyyat və enerji layihələri, ölkədə həyata keçirilən iqtisadi islahatlardır”, - “İnterfaks” Qupu vurğulayır. **