Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sədərək" ticarət mərkəzinin ərazisində əməliyyat tədbiri keçirilib. Bu barədə Dövlət Gömrük Komitəsinin məlumatda deyilir.
“Nəticədə, bazar ərazisindən 30,7 min ədəd müxtəlif formalı pirotexniki vasitə - fitilli petarda və 1,87 min ədəd müxtəlif ölçülü fişənglər aşkar edilərək dövriyyədən çıxarılıb. Bu mallar ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilib”, - məlumatda deyilir. **
B.Rüstəmbəyov