Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları 14,1 kq gümüşdən zərgərlik məmulatının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinəcəhdin qarşısını alıblar. Bu barədə Dövlət Gömrük Komitəsindən məlumat verilir.
“Heydər Əliyev Beynəlxalq Hava Limanında İstanbul-Bakı aviareysilə gələn Rusiya Federasiyası vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən vətəndaşın əl yükünə təkrar yoxlama keçirilib. Nəticədə, çantanın içərisində əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan külli miqdarda gümüş zinət əşyaları aşkar edilib”, - məlumatda deyilir.
Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən predmetlərin ümumi çəkisi 14 kq 191,02 qr olan 925 əyarlı gümüş xəlitəsindənhazırlanmış zərgərlik məmulatıdır.
Faktla bağlı araşdırma aparılır. **
N.Abbasova