2018-ci il 12 yanvar tarixində Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqavilə qüvvəyə minir.
Dünən Qazaxıstanxarici işlər nazirinin müaviniQalımjan Koyşıbayev Azərabyacnın Astanadakı səfiri Rəşad Məmmədovla görüş keçirib. Bu barədə Qazaxıstan XİN məlumat verir.
Görüşdə 10 iyun 1997-ci ildə imzalanan Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında azadlıqdan məhrum edilmiş məhkumların cəza çəkmək üçün verilməsi haqqında müqaviləyə dəyişikliklərin daxil olunmasma dair Protokolun ratifikasiya fərmanlarının dəyişdirilməsi baş tutdu.
Sənəd 2007-ci il avqustun 7-də Astanada imzalanıb.
Qeyd olunan müqavilənin maddəsinin 1-ci bəndinə əsasən, protokol razılığa gələn tərəflərin ratifikasiya fərmanlarının dəyişdirilməsindən 30 gün sonra, yəni 12 yanvar 2018-ci il tarixində qüvvəyə minir.
XİN-in məlumatına görə, Q.Koyşıbayev ikitərəfli münasibətlərin möhkəmlənməsinə verdiyi töhfəyə görə R.Məmmədova “Qazaxıstan Respublikasının diplomatik xidmətinin 25 ili” xatirə medalı təqdim edib. **
A.Əzizov