Dövlət Sərhəd Xidməti (DSX) 2017-ci ildə 156 kiloqram 155,6 qram narkotik vasitənin ölkəyə gətirilməsinin qarşısını alıb.
"DSX əməkdaşları bu il 156 kq 155,6 q narkotik vasitənin ölkəyə qanunsuz olaraq gətirilməsinin qarşısını alıblar. Müsadirə olunmuş narkotik vasitələrin ümumi dəyəri 13 mln. 72 min manat (cari məzənnə ilə $7,7 mln.-a yaxın - İF)", - deyə məlumatda bildirilir.
2017-ci ildə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 8 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
"Hesabat ilində dövlət sərhədini pozduqlarına görə 503 nəfər, axtarışda olan 4686 nəfər saxlanılıb”, - deyə məlumatda qeyd olunur.*
A.Əzizov