Dağlıq Qarabağ münaqişəsi zonasında Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən atəşkəs rejiminin pozulması nəticəsində Azərbaycanın hərbi qulluqçu şəhid olub. Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
“Düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Fizuli Salahov şəhid olub”, - məlumatda deyilir.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin əzizlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verir. **
A.Əzizov