Ötən gün Azərbaycan ərazisində baş vermiş 2 yol-nəqliyyat hadisəsi nəticəsində 3 nəfər həlak olub, 1 nəfər yaralanıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Daxili İşlər Nazirliyindən məlumat verilib.
Ötən gün ərzində 105 cinayət faktı qeydə alınıb, onların 19-u “isti izlər”lə açılıb.
Cinayət törətdiklərinə görə 24 nəfər tutulub.
Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 23 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Həmçinin narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.**
F.İsazadə