Rusiya Federasiyasının prezidenti Vladimir Putin bəyan edib ki, Rusiyada milli məsələ ilə bağlı heç bir gərginlik yoxdur.
"Hesab edirəm ki, sizin də ifadə etdiyiniz kimi, bizdə milli məsələ ilə əlaqədar heç bir gərginlik yoxdur", - deyə o, bu gün keçirdiyi illik mətbuat konfransında Tatarıstandan olan jurnalistin sualına cavab olaraq bildirib. Jurnalistin sözlərinə görə, bu il bir çox regionlarda dil məsələsi meydana çıxıb.
Prezident qeyd edib ki, dövlət harada yaşamalarından asılı olmayaraq uşaqların gələcəyi üçün bərabər başlanğıc şərtlərin yaradılması üçün hər şey edir.
V.Putin Tatarıstanı nümunə gətirib: "Tatarlar təkcə Tatarıstanda yaşamır, onların təxminən yarısı RF-nin digər regionlarında yaşayır. Hamı üçün bərabər başlanğıc şərtlər olmalıdır", - deyə o əlavə edib.*