“Moody`s” Beynəlxalq reytinq agentliyi Azərbaycanda bankların borc kapitalı bazarlarına çıxış imkanlarının məhdud olduğunu hesab edir.
“Azərbaycanda banklar depozitlər üzrə dolarlaşmanın yüksək səviyyəsini qeyd edirlər. Bu, milli valyutada likvidliyin kəsirinə səbəb olub”, agentlik MDB ölkələrinin icmalında (Moody`s: Outlook for CIS banks bolstered by gradually rising commodity prices) qeyd edib.
“Moody`s”in qiymətləndirmələrinə əsasən, Azərbaycanda banklar tərəfindən maliyyələşdirmə perspektivləri depozit bazasının davamlı olmaması və həssaslığı ilə bağlı məhduddur. “Bundan əlavə, bankların maliyyələşdirmə imkanları borc kapitalı bazarlarına məhdud və baha başa gələn çıxış ilə əlaqədardır”, - agentlik qeyd edir.
“MDB ölkələrində bank sistemlərinə maliyyə təzyiqi zəifləyir, çünki əksər üzv-dövlətlərin milli qitisadiyyatları tədricən bərpa olunur”, - “Moody`s”in icraçı direktoru Nik Hill bildirib. **
A.Əzizov