Donald Trampın prezidentliyi dövründə ABŞ bəzi ciddi irəliləyişlərə nail olub, investorların marağı onun iqtisadi siyasətinə etibar etdiklərini sübut edir. Bunu Rusiya prezidenti Vladimir Putin deyib.
“Öncə prezident Trampın fəaliyyətini mən yox, onun seçiciləri olan Amerika xalqı qiymətləndirməlidir. Biz onun fəaliyyət göstərdiyi qısa zaman ərzində ciddi nailiyyətləri obyektiv şəkildə görürük”, - V.Putin illik mətbuat-konfransında bildirib.
O, bu dövr ərzində bazarların sayının artmasına diqqəti yönəldib. “Bu, investorların Amerika iqtisadiyyatına etibarından xəbər verir və prezident Trampın bu sahədə fəaliyyətinə etibar etdiklərini göstərir. ABŞ daxilində prezident Trampa qarşı müxalifətə hörmət hissi ilə qeyd edim ki, bunlar obyektiv amillərdir”, V.Putin vurğulayıb. **