2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda ÜDM 0,2% azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ÜDM-in nominal həcmi 63 mlrd. 71,3 mln. manat təşkil edib.
Yanvar-noyabr aylarında qeyri-neft sektorunda ÜDM 2,4% - 39 mlrd. 570,3 mln. manatadək artıb.
Hesabat dövründə neft sektorunda ÜDM 5,1% azalaraq nominal ifadədə 23 mlrd. 501 mln. manat təşkil edib.
Yanvar-noyabr aylarında ÜDM-in 40,1%-i sənayedə, 10,1%-i ticarət və nəqliyyat vasitələrinin təmiri üzrə xidmətlər sahəsində, 8,8%-i tikintidə, 6,8%-i nəqliyyatda və anbar təsərrüfatında, 5,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıqda, 2,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə xidmətləri sahəsində, 1,7%-i informasiya və rabitə xidmətlərində, 17%-i digər xidmətlər sahəsində istehsal olunub, 7,7%-i isə vergilərin payına düşüb
11 ay ərzində ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi 6,482 min manat (azalma 1,2%) təşkil edib.
Azərbaycan hökuməti 2017-ci ildə iqtisadi artımı 0,3% səviyyəsində proqnozlaşdırır.
2016-cı ildə respublikada ÜDM 3,1% azalıb.**
N.Abbasova