İndiyədək Azərbaycan iqtisadiyyatına Böyük Britaniya tərəfindən 27 mlrd. ABŞ dollarından çox investisiya qoyulub.Bunu iqtisadiyyat naziri Şahin Mustafayev Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə dövlət naziri Baronessa Rona Ferhed ilə görüşdə deyib.
O, Azərbaycanın qeyri-neft sektoru sahəsində Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu qeyd edib.
Vurğulanıb ki, Britaniya şirkətləri Sumqayıt Kimya Sənaye Parkına və digər parklara investisiya qoya, neft-qaz sənayesində istifadə olunan avadanlıqları birgə istehsal edə, Azərbaycanda dərman preparatları, tibbi avadanlıq və qida sənayesi məhsulları birgə istehsal oluna, birgə müasir ət və süd emalı müəssisələri, heyvandarlıq təsərrüfatları yaradıla bilər.
Bundan başqa, turizm, nəqliyyat, İKT sahələrində əlaqələrin inklişafı üçün imkanlar genişdir. Böyük Britaniya Azərbaycanın nəqliyyat infrastrukturu və tranzit imkanlarından istifadə edə bilər. Nazir Ş.Mustafayev, həmçinin Azərbaycanın qeyri-neft ixracının artdığını qeyd edib, ölkəmizdən Böyük Britaniyaya ixrac potensialı olan məhsullar barədə məlumat verib.*
B.Rüstəmbəyov