2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanın dövlət büdcəsinin kəsiri 713,8 mln. manat və ya ÜDM-in 1,13%-ni təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilir.
Maliyyə Nazirliyinin operativ məlumatına əsasən, yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri 14 mlrd. 749,3 mln. manat, xərcləri 15 mlrd. 463,1 mln. manat təşkil edib.
Bununla yanaşı, cari ilin yanvar-noyabr aylarında dövlət büdcəsinin gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,8%, xərcləri 11% artıb.
2017-ci ilin dövlət büdcəsinin gəlirləri 16 mlrd. 766 mln. manat, xərcləri 17 mlrd. 941 mln. manat səviyyəsində təsdiq olunub. Dövlət büdcəsinin kəsiri 1 mlrd. 175 mln. manat və ya ÜDM-in 1,8%-i səviyyəsində proqnozlaşdırılır.*
A.Əzizov