2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda neft məhsullarının istehsalı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 9% - 2 mlrd. 469,2 mln. manata qədər azalıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə avtomobil benzini istehsalı 4,7% - 1 mln. 97,6 min tonadək, sürtkü yağı istehsalı 3,7 dəfə – 33,6 min tonadək, neft bitumu istehsalı 22,7% - 208,8 min tonadək, neft koksu istehsalı 6,8% - 197,5 min tonadək artıb.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalında 3,5% - 169 min tonadək, kerosin istehsalında 6,9 % - 539 min tonadək, dizel yanacağı istehsalında 20% - 1 mln. 718,4 min tonadək, soba mazutunun istehsalında 42,6% – 262,5 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir. **
N.Abbasova