Azərbaycan prezidenti İlham Əliyev “Dövlət rüsumu haqqında” Azərbaycan RespublikasınınQanununda xarici pasportlar və şəxsiyyətvəsiqəsinin itirilməsi və ya korlanması zamanı yenidən verilməsinə görə dövlət rüsumunun artırılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
1 yanvar 2018-ci ildən etibarən qüvvəyə minəcək düzəlişlərə əsasən, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətvəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: 10 iş günü müddətində verildikdə - 15 manat (əvvəl - 5 manat), 3 iş günü müddətində verildikdə - 35 manat (25 manat), 1 iş günü müddətində verildikdə - 45 manat (35 manat) təşkil edəcək.
14.3-1. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: |
|
14.3-1.1. on iş günü müddətində verildikdə |
15 manat |
14.3-1.2. üç iş günü müddətində verildikdə |
35 manat |
14.3-1.3. bir iş günü müddətində verildikdə |
45 manat |
Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: 10 iş günü müddətində verildikdə, yaşdan asılı olaraq 20-170 manat arası təşkil edəcək.
14.1-1. Azərbaycan Respublikasının vətəndaşlarına xaricə getmək hüququ verən ümumvətəndaş pasportlarının itirilməsi və ya korlanması ilə əlaqədar yenidən verilməsinə görə: |
|
14.1-1.1. on iş günü müddətində verildikdə |
|
14.1-1.1.1. bir yaşınadək uşaqlar üçün |
20 manat |
14.1-1.1.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
30 manat |
14.1-1.1.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
40 manat |
14.1-1.1.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
50 manat |
14.1-1.2. beş iş günü müddətində verildikdə |
|
14.1-1.2.1. bir yaşınadək uşaqlar üçün |
30 manat |
14.1-1.2.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
50 manat |
14.1-1.2.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
70 manat |
14.1-1.2.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
90 manat |
14.1-1.3. bir iş günü müddətində verildikdə |
|
14.1-1.3.1. bir yaşınadək uşaqlar üçün |
50 manat |
14.1-1.3.2. bir yaşından üç yaşınadək uşaqlar üçün |
90 manat |
14.1-1.3.3. üç yaşından on səkkiz yaşınadək uşaqlar üçün |
130 manat |
14.1-1.3.4. on səkkiz yaşına çatmış vətəndaşlara |
170 manat |
Dövlət rüsumu tutulmalı olan hərəkətlər |
Dövlət rüsumunun məbləği |
33-3.1. Hüquqi şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə: |
|
33-3.1.1. üç iş günü müddətində verildikdə |
20 manat |
33-3.1.2. beş iş günü müddətində verildikdə |
10 manat |
33-3.2. Fiziki şəxslərə arxiv arayışlarının, arxiv sənədlərindən çıxarışların, arxiv sənədlərinin təsdiq olunmuş surətlərinin verilməsinə görə |
|
33-3.2.1. üç iş günü müddətində verildikdə |
10 manat |
33-3.2.2. beş iş günü müddətində verildikdə |
5 manat |
**
R.Babayev