2017-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 6 mlrd. 200,6 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2016-cı ilin analoji dövrünün göstəricisindən 4,2% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat ayları ərzində 3 mlrd. 258,6 mln. manat məbləğində heyvandarlıq, 2 mlrd. 942 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib.
Qeyd olunan dövrdə heyvandarlıq məhsullarının istehsal həcmi 2,8% artıb.
Bundan başqa, yanvar-noyabr aylarında respublikada 450,1 min ton ət (artım 3,4%), 1 mln. 847,1 min ton süd (artım 0,8%), 1 mlrd. 564,9 mln. ədəd yumurta (artım 6,4%) istehsal edilib.
Bu dövrdə bitkiçilik məhsullarının istehsal həcmi 5,9% artıb.
Dekabr ayının 1-nə kimi tarlalardan 889,4 min ton kartof (artım 1,1%), 1 mln. 370,5 min ton tərəvəz (artım 10,9%), 437,5 min ton bostan məhsulları (azalma 5,8%), 923,7 min ton meyvə və giləmeyvə (artım 5,4%), 145,8 min ton üzüm (artım 8,4%), 5,1 ton tütün (artım 41%), 772,2 ton yaşıl çay yarpağı (azalma 22,9%) bitkilər yığılıb.
Bundan əlavə, dekabrın əvvəlinə pambıq yığımı 194,5 ton (artım 2,5 dəfə), şəkər çuğundurunun yığımı 408,2 min ton (artım 44%), günəbaxan yığmı 30 min ton (artım 75,2%) təşkil edib. **
B.Rüstəmbəyov