BP-Azerbaycan şirkəti ölkədə təhsil sahəsinin inkişafı üzrə bir sıra layihələrin reallaşdırılmasını planlaşdırır. Bunu BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qeri Cons deyib.
“Tərəfdaşlarimiz və Təhsil Nazirliyi ilə birgə respublikada informasiya texnologiyaları sahəsində tədrisin təkmilləşdirilməsi üzrə bir neçə layihə hazırlayırıq. Həmin layihələrdən biri Bakı və Sumqayıtın bir sıra məktəblərinin yuxarı siniflərində informatika fənninin təkmilləşdirilməsinə yönəlib. Layihənin icrasına 2018-ci il yanvar ayından başlanacaq”, - o bildirib.
Q.Consun sözlərinə görə, yeni layihə orta məktəblərin yuxarı siniflərinin 1,2 min şagird, 100 müəllimi və universitetlərin 15 müəllimini əhatə edəcək.
“Bu təşəbbüslərin İT-məktəblərdə təhsil alanların bilik səviyyəsini artıracağını hesab edirik”, - o vurğulayıb. **
N.Abbasova