Hesablama Palatası 2016-cı ildə ləğv olunan bir sıra bankların əmanətçilərinə kompensasiyaların ödənişi zamanı AzərbaycanƏmanətlərin Sığortalanması Fondunun (ADIF) fəaliyyətində pozuntular aşkar edib. Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmmədov bəyan edib.
“ADIF-də keçirilən audit tədbirləri davam edir. Hələlik lisenziyası ləğv edilmişiki bankın qorunan əmanətçilərinə ödənilən kompensasiyalarla bağlı araşdırma başa çatdırılıb”, - V.Gülməmmmədov bildirib.
Onun sözlərinə görə, araşdırma nəticəsində müəyyən olunub ki, kompensasiya ödənişində qanun pozuntularına yol verilib. “Palatanın kollegiyası faktların ciddiliyini nəzərə alaraq materiallların hüquq-mühafizə orqanlarına göndərilməsi ilə bağlı qərar qəbul edib”, - V.Gülməmmmədov əlavə edib.
2016-2017-ci illərdə ADIF tərəfindən 2016-cı ildə lisenziyası ləğv edilmiş11 bankın qorunan əmanətçilərinə kompensasiyaların ödənilməsini həyata keçirib. Həmin bankların əmanətçilərinə 748 mln. manatdan artıq kompensasiya ödənilib. **
A.Əzizov